13 mülki şəxs həlak olub - Ukrayna rəsmisi

Ukraynanın şərqindəki Luqansk bölgəsini Rusiyanın atəşə tutması nəticəsində son 24 saat ərzində 13 dinc sakin həlak olub.

"OLAYLAR.az" Ukrayna rəsmilərinin verdiyi məlumata istinadən xəbər verir ki , Rusiyanın hücumunun nəticəsiz qaldığı Severodonetsk şəhərində 12 nəfər həlak olub.

Severodonetsk ruslar üçün strateji əhəmiyyət kəsb edir, çünki oraya nəzarət etmək Rusiyaya qərbə doğru hərəkət etməyə və İzyumun cənub-şərqinə doğru irəliləyən Rusiya qüvvələri ilə əlaqə saxlamağa imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31