Bu fəsildə koronavirusun yeni dalğası gözlənilir

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki, koronavirus hazırda mövsümi infeksiya xüsusiyyətlərini əldə edir. 

Bu barədə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib.

Onun sözlərinə görə, Rusiyada koronavirusun növbəti dalğası payızda başlaya bilər:

"Koronavirusun mövsümi infeksiya xüsusiyyətlərini qazanması tendensiyası var. Bu baxımdan SARS-CoV2-nin epidemik prosesi payızda aktivləşə bilər"

O, vurğulayıb  ki, payızda müxtəlif respirator infeksiyalara, o cümlədən mövsümi koronaviruslara yoluxma hallarında artım müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31