Meymun çiçəyi virusu daha bir ölkədə də müşahidə olundu
20 May 2022 11:25 DünyaOlaylar.az xəbər verir ki, Meymun çiçəyi virusu İngiltərə, İspaniya, Portuqaliya, İtaliya, İsveç, Kanada və ABŞ-dan sonra Belçikada da yaranıb.
Hollandiyada aparılan laboratoriya müayinələri nəticəsində ölkənin ikinci böyük şəhəri olan Antverpendə nümunələri götürülən bir şəxsin meymun çiçəyi virusuna yoluxduğu müəyyən edilib.
Antverpen Tropik Tibb İnstitutundan İzabel Brosius ictimai yayımçı VRT-yə deyib ki, Afrika meymun çiçəyi virusu ilk dəfə Belçikada da aşkarlanıb.
Antverpendəki instituta müraciət edən şəxsdən nümunələr Hollandiyadakı tədqiqat laboratoriyasına göndərilib. Araşdırmalarda bu şəxsin meymun çiçəyi virusuna yoluxduğu müəyyən edilib.
Brosius bildirib ki, virusun geniş yayılma şansı çox aşağıdır, lakin onlar hələ də vəziyyəti diqqətlə izləyirlər.
Belçikalı xəstənin karantinə alınması istənilib. Oxşar əlamətlər meymun çiçəyi virusuna yoluxmuş şəxsin həyat yoldaşında da aşkarlanıb.
Belçikalı ekspertlər bu gün ümumi fəaliyyət planı müəyyən etmək üçün bir araya gələcəklər. Baxım və Sağlamlıq Agentliyindən Joris Monens, hələlik cəmiyyətdə meymun çiçəyi virusunun yayılmasından narahat olmaq üçün heç bir səbəb olmadığını ifadə edərək, "Xəstəlik qısa müddətli təmasla deyil, yalnız yaxın təmasla ötürülür, amma yenə də diqqətli olmalıyıq".