Almaniyada dünyanın ən bahalı avtomobili 135 milyon avroya satılıb

Almaniyada keçirilən hərracda 1955-ci il istehsalı olan Mercedes-Benz 300 SLR avtomobili rekord qiymətə - 135 milyon avroya satılıb.

Bu barədə "Sotheby hərrac evi məlumat yayıb.

Hərrac mayın 5-də Ştutqartdakı Mercedes-Benz Muzeyində baş tutub. Nadir avtomobil dünyada indiyə qədər satılan ən bahalı avtomobil olub. Bundan əvvəl dünya hərraclarında satılan ən bahalı avtomobil 1962-ci ilin Ferrari "250 GTO" markalı avtomobili idi. Onun qiyməti 48,4 milyon dollar təşkil edirdi.

Mercedes-Benz 300 SLR 1955-ci ildə Rudolf Ulenhautun rəhbərliyi altında şirkətin yarış departamenti tərəfindən hazırlanmış iki prototipdən biridir. Avtomobilin maksimal sürəti 290 km/saat təşkil edir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31