Ukrayna mallarına rüsumlar ləğv edildi
19 May 2022 23:17 DünyaAvropa Parlamentinin üzvləri Aİ-nin Ukraynanın bütün ixrac məhsullarına tətbiq etdiyi rüsumların ləğvini təsdiqləyib.
Olaylar.az bildirir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.
Qeyd olunur ki, müvafiq təşəbbüsü 515 deputat dəstəkləyib, 32 deputat əleyhinə çıxıb, 11 nəfər isə bitərəf qalıb.
Bu cür hərəkətlər Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrinə cavab kimi qiymətləndirilir.
Məlumata görə, bu tədbirlər bir il müddətinə sənaye məhsullarına idxal rüsumlarını, meyvə və tərəvəzə idxal rüsumlarını, həmçinin antidempinq rüsumlarını və polad idxalına qarşı qoruyucu tədbirləri tamamilə ləğv edəcək.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31