BMT İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb

BMT Təhlükəsizlik Şurasının razılığı olmadan ABŞ və digər ölkələrin Tehrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar ləğv edilməlidir.

Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin birtərəfli məcburi tədbirlərin insan hüquqlarına mənfi təsiri üzrə xüsusi məruzəçisi Yelena Dovqan İrana səfərindən sonra deyib.

Xüsusi məruzəçi xatırladıb ki, ABŞ 1970-ci illərin sonlarından etibarən İrana qarşı sanksiyalar tətbiq edir və bu tədbirlər dəfələrlə genişləndirilib.

Y.Dovqan əlavə edib ki, Avropa İttifaqı 2010-cu ildə İrana qarşı hərtərəfli iqtisadi və ticarət sanksiyaları, 2012-ci ildə isə neft embarqosu tətbiq edib. Tehrana qarşı məhdudiyyətlər Avstraliya, Böyük Britaniya və Kanada da daxil olmaqla bir sıra digər ölkələr tərəfindən də qoyulub. İranın xarici hesablarda dondurulmuş aktivləri 100-120 milyard dollar həcmində qiymətləndirilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31