Ukraynaya əlavə 40 milyard dollar yardımı da təsdiqlənib

ABŞ Senatı cümə axşamı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini təsdiqləyib.

Olaylar.az "Ukrinforma" istinadla xəbər verir ki, ABŞ Konqresinin Senatı Nümayəndələr Palatasının ardınca Ukraynaya əlavə 40 milyard dollar vəsaitin ayrılması haqqında H.R.7691 - 2022-ci il qanun layihəsini qəbul edib.

Konqresin aşağı palatası Ukraynaya əlavə yardımın göstərilməsinə dair qanun layihəsini ötən həftə təsdiqləmişdi.

Bu halda sənəd ABŞ prezidenti Co Bayden tərəfdən imzalandığı halda qanuni qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31