Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib
19 May 2022 12:44 Dünyaİrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib.
Bu barədə Ermənistan KİV məlumat verir.
Qeyd olunur ki, mayın 19-da səhər saatlarında polisə yaşayış binasının həyətində kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Araşdırmalar nəticəsində onun 32 yaşlı təhlükəsizlik xidməti kapitanı olduğu müəyyən edilib.
Həmin şəxsin özünü altıncı mərtəbədən ataraq intihar etdiyi deyilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31