ABŞ-ın Ukrayna paytaxtında diplomatik missiyası öz işini bərpa edəcək
18 May 2022 22:21 DünyaABŞ Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından təxminən üç ay sonra Kiyevdəki səfirliyinin işini bərpa edib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, diplomatik missiyanın işinin bərpası, eləcə də əməkdaşlarının sayı barədə təfərrüatlar verilmir.
Xatırladaq ki, fevral ayında ABŞ Dövlət Departamenti öz diplomatlarını Ukraynadan çıxarmaq və Kiyevdə konsulluq xidmətlərinin göstərilməsini dayandırmaq qərarına gəlib. Bu arada, son həftələrdə rəsmi Vaşinqtonun nümayəndələri dəfələrlə bəyan ediblər ki, ABŞ-ın Ukrayna paytaxtında diplomatik missiyası "çox yaxında" öz işini bərpa edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31