Türkiyənin xarici işlər naziri və Antoniu Quterreş arasında görüş olub

BMT baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Olaylar.az "report"a istinadən bildirir ki, A.Quterreş Türkiyəyə çoxtərəfliliyə verdiyi dəstəyə və BMT-yə verdiyi töhfəyə görə təşəkkür edib.

Baş katib və xarici işlər naziri, həmçinin Ukraynadakı müharibə və digər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Suriya, Liviya, Əfqanıstan və Kiprdə baş verən hadisələr müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31