"NATO hər bir ölkənin Avro-Atlantika məkana inteqrasiya istəklərini tam dəstəkləyir” - Stoltenberq
18 May 2022 19:29 DünyaNATO Baş katibi Yens Stoltenberq və Gürcüstan Baş naziri İrakli Qaribaşvili Brüsseldə görüşüb.
Olaylar.az bildirir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.
"NATO-nun yaxın tərəfdaşı olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdüm. Biz Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsini müzakirə etdik. NATO hər bir ölkənin suverenliyini, ərazi bütövlüyünü və öz yolunu seçmək hüququnu, həmçinin Gürcüstanın Avro-Atlantika məkana inteqrasiya istəklərini tam dəstəkləyir", - Stoltenberq bildirib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31