Bu ölkə məxfiliyin pozulmasına görə Google-u 10 milyon avro cərimələdi
18 May 2022 15:33 DünyaOlaylar.az xəbər verir ki, İspaniya Fərdi Məlumatların Mühafizəsi Agentliyi (AEPD) Google-u 10 milyon avro cərimələyib .
Məlumata görə, İspaniya agentliyi "Google MMC-yə qarşı başlanmış prosedura dair qərar çıxarıb və bu qərarda o, məlumatların qorunması qaydalarının iki çox ciddi pozuntusunu elan edib və 10 milyon avro məbləğində cərimə tətbiq edib".
Amerika təşkilatına qarşı pul cəzası tətbiq etmək qərarı bunun üçün hüquqi əsas olmadan məlumatların üçüncü şəxslərə ötürülməsinə və vətəndaşların məlumatı silmək hüququna mane olduğuna görə qəbul edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31