Rusiya itkilərini açıqladı:28.300 əsgər
18 May 2022 13:18 DünyaOlaylar.az Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ukrayna son gündə Rusiya ordusundan daha 400 əsgərin öldürüldüyünü açıqlayıb.
Məlumata əsasən, Rusiya ordusuna aid 28 min 300 əsgər, 202 təyyarə, 167 helikopter, 1251 tank, 3 min 43 zirehli texnika, 586 top, 199 reaktiv yaylım atəşi sistemi və 91 hava hücumundan müdafiə sistemi. Ukrayna tərəfindən məhv edildi.
Həmçinin, Rusiya Silahlı Qüvvələrinə məxsus 2137 avtomobil, 13 gəmi və yüngül sürətli qayıq, 441 pilotsuz uçuş aparatı və 43 xüsusi texnikanın məhv edildiyi, Rusiya ordusunun atdığı 102 qanadlı raketin də Ukrayna hərbçiləri tərəfindən vurulduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31