Zelenski: "Əminəm ki, diktator uduzacaq"
18 May 2022 12:42 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 75-ci Kann Film Festivalında Rusiya prezidenti Vladimir Putini nəzərdə tutaraq "diktator" ifadəsini işlədib.
Zelenski dünən axşam saatlarında keçirilən festivalın açılış mərasimində videokonfrans vasitəsilə iştirak edib və təxminən 10 dəqiqəlik nitq söyləyib.
Çıxışında İkinci Dünya Müharibəsi və Çarli Çaplinin 1940-cı ildə çəkdiyi "Diktator" filmindən danışan Zelenski, "Çarli Çaplinin "Diktator"u (filmi) o zaman əsl "diktatoru" öldürmədi, amma bu film sayəsində kino sükutdan çıxdı.Kino danışırdı və qarşıdan gələn qələbənin səsi idi"
Putinə toxunan Zelenski, bəşəriyyətin o gündən bəri çoxlu filmlər çəkdiyini ifadə edərək,"Biz müharibənin dəhşətlərinin davam etməyəcəyini düşünə bilərdik, amma indi keçmişdə olduğu kimi bir diktator var"