Türkiyə, Rusiya, Ukrayna və BMT arasında danışıqlar keçiriləcək
18 May 2022 10:29 DünyaYaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun toplantısı keçiriləcək.
RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"BMT Baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət təmas qrupu var. Yaxın günlərdə texniki səviyyədə görüş keçirməyi planlaşdırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31