"Ölkəmizə hücum olarsa, dərhal cavab verilə bilər" - Medvedev

Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək.

Olaylar.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sarovdakı nüvə mərkəzinə səfərindən sonra özünün teleqram kanalında bildirib.

O, ölkənin nüvə sipərini müasir, etibarlı, effektiv silahların arsenalı adlandırıb.

"Biz belə vəziyyətə yol verməyəcəyik. Amma daim xatırlatmaq məcburiyyətindəyik ki, ölkəmizə hücum olarsa, dərhal cavab verilə bilər", - Medvedev yazıb.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31