“Qüvvələrimiz Qərb silahları ilə silahlandırılır” - Sergey Sobko
17 May 2022 23:09 DünyaUkrayna ordusunun ərazi müdafiə qüvvələrinin döyüşçülərinin sayı təxminən 110 min nəfər təşkil edir.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna ərazi müdafiə qüvvələrinin baş qərargah rəisi Sergey Sobko bildirib. O, qeyd edib ki, müdafiə qüvvələri artıq yerli istehsal olan, eləcə də Ukraynanın Qərb tərəfdaşlarının tədarük etdiyi silahların qəbuluna başlayıblar. Əlavə edib ki, bu silahlara pulemyotlar, tank əleyhinə sistemlər, minaatanlar, zenit-raket sistemləri (manpad) və.s. daxildir.
Sergey Sobko bildirib edib ki, təkcə bu gün - mayın 17-də 700 könüllü ərazi müdafiə qüvvələrinə qoşulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31