"NATO-ya daxil olmağa çalışan Gürcüstan məsələsi alyansın niyə gündəmində deyil?" - Gela Vasadze
17 May 2022 22:22 DünyaFinlandiya və İsveç uzunmüddətli neytrallıqlarından imtina edib və Şimali Atlantika Alyansına qoşulmaq niyyətlərini bəyan ediblər. NATO da öz növbəsində bu ölkələri öz sıralarında görmək arzusunu ifadə edib. Bəs illərdir NATO-ya daxil olmağa çalışan Gürcüstan məsələsi niyə hələ də alyansın gündəmində deyil?
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə gürcü politoloq Gela Vasadze deyib ki, bunun 3 səbəbi var:
"Birincisi, NATO demokratik ölkələrin birliyidir, Gürcüstanın isə demokratiya ilə bağlı böyük problemləri mövcuddur.
İkincisi, NATO-nun cənub cinahını Türkiyə əhatə edir, Gürcüstanda strateji müdafiə yaratmağa ehtiyac yoxdur.
Üçüncüsü isə Almaniya və Fransa Gürcüstanı NATO-nun üzvü kimi görmək istəmir. Çünki Rusiyanı qıcıqlandırmaq istəmirlər".