"Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq fikirlər səslənib" - Devid Andelman
17 May 2022 22:01 Dünyaİsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olması Türkiyənin Alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu CNN-in analitiki Devid Andelman deyib.
"Xüsusilə Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq fikirlər səslənib. Amma bu addım NATO-nun strateji vacib regionda mövqelərini zəiflədə bilər. Çox az adam NATO-da ABŞ-dan sonra ən böyük, xüsusən də strateji Bosfor boğazına nəzarət edən və Qara dənizə çıxışı olan ən böyük ordunu itirmək riskinə razı olardı", - Andelman bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31