"Cənub bölgələrinin təhlükəsizliyinə silahlı qüvvələrimiz zəmanət verir" - Yefim Fiks
17 May 2022 20:46 DünyaRusiya ordusu Ukraynanın cənubunun "azad edilmiş" ərazilərini tərk etməyəcək. Ona görə də yerli əhali ukraynalı millətçilərin geri qayıtmasından qorxmamalıdır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Krım parlamentinin birinci vitse-spikeri Yefim Fiks deyib.
"Yerli əhali ukraynalı millətçilərin və neonasistlərin geri qayıtmasından qorxmamalıdır. Xəyali qələbələr və gözlənilən hücumlar haqqında Ukrayna təbliğatının danışdığı dəhşətli hekayələr başqa bir blefdir. Ordumuz Ukraynanın cənubunun azad edilmiş ərazilərini tərk etməyəcək, xüsusi əməliyyatın məqsəd və vəzifələri yerinə yetiriləcək. Cənub bölgələrinin sakinlərinin təhlükəsizliyinə silahlı qüvvələrimiz zəmanət verir", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31