"Müharibə Avropanı iflic etməməlidir" - Olaf Şolts
17 May 2022 20:38 Dünya"Birmənalı şəkildə Rusiya Prezidenti Vladimir Putin müharibədə qalib gələ bilməz və bu, əsas məqsəddir. Amma məqsədlər bundan kənara çıxmamalıdır".
Olaylar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts RTL News telekanalına müsahibəsində deyib.
Onun fikrincə, müharibə mümkün qədər tez başa çatdırılmalıdır, çünki müharibə nə qədər uzun sürərsə, bir o qədər çox insan həlak olur, şəhərlər, kəndlər dağıdılır.
Ukraynada müharibənin mümkün kəskinləşməsi və uzadılması ilə bağlı narahatlığını ifadə edən Şolts bildirib ki, müharibə Avropanı iflic etməməli, əksinə, "ağıllı, çox şüurlu, həm də çox cəsarətli qərarların" qəbulunu stimullaşdırmalıdır.
Kanslerin sözlərinə görə, bunun üçün Rusiyanın Ukrayna ilə razılaşaraq qərar verməlidir.
O, silahların susmasını və Rusiyadan qoşunlarını Ukraynadan çıxarmasını tələb edib.
Şolts əmindir ki, bu, münaqişənin həllini tapmasının yeganə yoludur.
Ukraynaya səfər etmək arzusunda olduğunu dilə gətirən Şolts deyib ki, burada məqsəd fotosessiya etmək yox, vacib qərarlar barədə hesabat verməkdir.
olke.az