"Avropa İttifaqı Şimali Atlantika Alyansı ilə birləşməsini gizlətmirlər” - Sergey Lavrov
17 May 2022 20:13 DünyaAlmaniyanın yeni hökumətinin fəaliyyəti nəticəsində müstəqilliyini itirməsi və Fransa strateji muxtariyyət tezisini irəli sürməsinin nəticə verməməsi Avropa İttifaqı ilə NATO-nun praktik birləşməsinə gətirib çıxaracaq.
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Almaniyada mövcud hökumətin gəlişindən sonra müstəqilliyinin son əlamətlərini itirdi. Ümumiyyətlə, Avropa Birliyində indi yalnız Prezident Makron Avropa Birliyinin strateji muxtariyyətindən hansısa formada danışmağa çalışır. Əminəm ki, buna imkan verilməyəcək. Avropa İttifaqı getdikcə Şimali Atlantika Alyansı ilə birləşməsini gizlətmirlər", - Lavrov qeyd edib.
olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31