Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Olaylar.az bildirir ki, bu barədə Prezident Administrasiyasından bildirilib.

Qeyd olunub ki, Ərdoğan Əbu-Dabiyə keçmiş prezident Şeyx Xəlifə Bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar səfər edib.

Başsağlığı ziyarəti çərçivəsində türkiyəli lider Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Səfərdə Ərdoğanı milli müdafiə naziri Hulusi Akar müşayiət edir.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31