ABŞ iyunda neft hasilatını artıracaq - AÇIQLAMA
17 May 2022 18:56 DünyaABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin iyun ayında may ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür - red.) neft hasilatı artacaq.
Olaylar.az "APA-Economics"ə istinadən verdiyi məlumata görə, ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 142 min barel və ya 1,6% artaraq 8,761 mln. barelə çatacaq.
Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia" və "Niobrara" yataqlarının payına düşəcək.
Xatırladaq ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31