Mariupol döyüşçülərinin Rusiya hərbi əsirləri ilə dəyişdiriləcəyi gözlənilir

Ukraynalı döyüşçülərin Mariupoldakı təxliyəsi, çox güman ki, şəhər uğrunda aylarla davam edən ölümcül döyüşün sona çatdığını göstərir.

"OLAYLAR.az" "Reuters"-ə istinadən xəbər verir ki , Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar yaralı 53 döyüşçünün Rusiyanın nəzarətində olan Novoazovsk şəhərindəki xəstəxanaya aparıldığını, daha 211 nəfərin isə Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Olenivka şəhərinə aparıldığını bildirib.

Təxliyə edilən döyüşçülərin rus hərbi əsirləri ilə dəyişdiriləcəyi ilə bağlı fərziyyələr var, lakin bu xəbər  rəsmi təsdiqini tapmayıb. Zavodda yüzlərlə döyüşçünün qaldığı güman edilir və onların nə vaxt və necə təxliyə ediləcəyi də bəlli deyil.

Mariupola gəlincə, onun böyük hissəsi indi xarabalıqdadır. Yerli rəsmilər on minlərlə insanın öldüyünü, onların çoxunun cəsədlərinin hələ də dağılmış binaların dağıntıları altında qaldığını bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31