“Rusiyaya düşmən olan dövlətlərin adını çəkmək vaxtı çatdı” – PESKOV
17 May 2022 13:11 DünyaPeskov ABŞ-ı düşmən dövlət adlandırdı
"ABŞ Rusiyaya qarşı düşmən dövlətə çevrilib".
Olaylar.az xəbər verir ki, TASS bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən yazıb.
Peskovun sözlərinə görə, artıq dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb: "Bəli, biz hələ də yumşaq şəkildə onları dost olmayan dövlətlər adlandırırıq. Bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdiklərinin adı müharibədir".
Peskov onu da bildirib ki, dövlət öz maraqlarını müdafiə edərkən prinsipiallıq nümayiş etdirməzsə, suverenliyini itirir.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31