Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi
17 May 2022 13:09 DünyaFransanın məşhur "PSG" (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.
Olaylar.az xəbər verir ki, klubun müsəlman ulduzu İdrissa Qana formanı geyinməkdən imtina edib və Montpellierdə oynamayıb. Yarımmüdafiəçi qismində komandada yer alan İdrissa oyuna getsə də, meydana çıxmayıb.
Bəzi mənbələr formanı geyinməkdən imtina edən ulduzun heyətdə yer almadığını da irəli sürüb. Lakin PSJ-nin texniki direktoru Poçettino futbolçunun şəxsi seçim səsəbilə heyətdə olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31