Rusiyanın "Shell" yanacaqdoldurma məntəqələrində yanacaq satışı dayandırılıb
17 May 2022 11:25 Dünya"OLAYLAR.az" "İnterfaks"-a istinadən xəbər verir ki , Rusiyada neft nəhəngi Shell-ə məxsus yüzlərlə yanacaqdoldurma məntəqəsində yanacaq satışı dayandırılıb.
Shell Rusiyadakı 411 yanacaqdoldurma məntəqəsinin hamısını ölkənin ikinci ən böyük neft istehsalçısı Lukoil-ə satır.
"Lukoyl"la sövdələşmənin əhatə etdiyi stansiyalarda bütün yanacaq tədarükü dayandırılıb, mağazalar və kafelər isə hələlik açıq qalır", - "İnterfaks" Shell nümayəndəsindən sitat gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31