“Zəmanəmizin qəhrəmanları”

"OLAYLAR.az" Ukrayna xəbər agentliyinə istinadən xəbər verir ki,  Ukrayna hərbçiləri Mariupol şəhərində yerləşən "Azovstal" polad zavodunu müdafiə edən ukraynalı döyüşçüləri alqışlayıb və onları "zəmanəmizin qəhrəmanları" adlandırıb. 

Yüzlərlə döyüşçü Ukraynanın şəhərdəki son qalasını müdafiə edərək, nəhəng sənaye zavodunun altındakı tunellərdə gizlənmişdi.

Mariupol şəhəri işğalın əvvəlində rus qüvvələri tərəfindən kütləvi bombardmana məruz qalmışdı.

Şəhərin alınması Rusiyaya Rusiya tərəfindən ilhaq edilmiş Krım bölgəsi ilə rusiyapərəst separatçıların rəhbərlik etdiyi Donbas bölgəsi arasında körpü qurmağa imkan verərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31