İspaniyada qatarlar toqquşdu - 1 ÖLÜ

İspaniyanın Barselona şəhərindən 14 kilometr aralıda yerləşən Sant Boi de Llobregat stansiyasında yük qatarı ilə şəhərətrafı qatar toqquşub.

Hadisə nəticəsində qatarın maşinisti dünyasını dəyişib, 2-si ağır olmaqla 85 nəfər yaralanıb.

Qəzadan sonra şəhərətrafı qatarda olan 100-ə yaxın sərnişin təxliyə edilib.

Qəzadan sonra bölgəyə səfər edən Kataloniya Regional vitse-prezidenti Jordi Puignero bildirib ki, qəzanın səbəbləri ilə bağlı dərhal araşdırma başlanacaq.

gundem.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31