Şimali Atlantika Alyansı Ukraynaya real kömək göstərmir. Halbuki Alyansın ayrı-ayrı üzvləri bizə çox kömək edir.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Diplomatın fikrincə NATO narahatlıq nümayiş etdirir və real kömək əvəzinə bəyanat verir. Yardım məsələsində Avropa İttifaqı daha aktivdir.