İspaniyada sərnişin və yük qatarları toqquşub, ölən və yaralılar var

İspaniyada sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində azı bir nəfər ölüb, 85 nəfər yaralanıb.

Olaylar.az "TASS"-a istinadla xəbər verir ki, ölən şəxs maşinist olub.

Məlumata görə, hadisə Hadisə Barselona əyalətinin San-Boi de Llobreqat yaşayış məntəqəsi yaxınlığında baş verib.

Yerli vaxtla təxminən 18:00-da yük qatarı relsdən çıxaraq stansiyadan çıxan sərnişin qatarı ilə toqquşub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31