"Moskviç" avtomobilləri 2022-ci ildən istehsal oluna bilər - AÇIQLAMA
16 May 2022 21:27 DünyaDmitri Pronin "Moskviç" avtomobil zavodunun direktoru təyin edilib.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Metropoliten Nəqliyyat Departamenti məlumat yayıb.
"Dmitri Pronin on ildir ki, Moskva Nəqliyyat Kompleksində rəhbər vəzifələrdə çalışıb və avtomobil sənayesində təcrübəyə malikdir", - məlumatda deyilir.
Moskva meri Sergey Sobyanin Moskvadakı "Renault" zavodunun şəhər hakimiyyətinə təhvil verilməsindən sonra tarixi brend altında avtomobillərin istehsalının bərpa olunduğunu elan edib. O, həmçinin bildirib ki, şirkət gələcəkdə elektromobillər istehsal edəcək. "Moskviç" avtomobilləri Rusiyada 2022-ci ildən istehsal oluna bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31