"Tesla" avtomobillərini geri çağırır
16 May 2022 20:46 Dünya"Tesla" şirkəti Çin bazarında 107,2 mindən çox elektromobili geri çağırır.
Olaylar.az bildirir ki, bu barədə Çinin Bazarlara Nəzarət Dövlət İdarəsi bildirib.
Qeyd olunur ki, geri çağırılma 2021-ci ilin oktyabrından 2022-ci ilin aprelinədək Şanxay zavodunda istehsal olunmuş "Model 3" və "Model Y" avtomobillərinə şamil olunur.
Məlumata əsasən, həmin avtomobillərdə mərkəzi sensor ekranlarında avtomobilin enerji yığması zamanı qüsurlara meydana çıxa bilər. Bu isə öz növbəsində sürücü və sərnişinlərin təhlükəsizliyinə təhdid yarada bilər.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31