"İsveç səfiri bu müraciəti NATO-ya təqdim edəcək" - Maqdalena Andersson
16 May 2022 19:01 Dünyaİsveçin NATO-ya üzvlük üçün müraciət etməsi ilə bağlı qərar hökumət tərəfindən qəbul olunub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Maqdalena Andersson deyib.
Onun sözlərinə görə, müvafiq qərar parlamentdə səs çoxluğu ilə qəbul edilib.
"Bu gün keçirilən iclasda hökumət NATO-ya müraciətlə bağlı qərar qəbul edib. İsveç səfiri tezliklə bu müraciəti NATO-ya təqdim edəcək. Daha sonra İsveç alyansın üzvü olmaq niyyətini və buna hazır olduğunu təsdiq edəcək", - deyə baş nazir bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Finlandiya hökuməti də analoji qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31