Putin MDB-yə KTMT-də müşahidəçi statusu verilməsini təklif etdi
16 May 2022 16:55 DünyaRusiya prezidenti Vladimir Putin MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu verilməsini təklif edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, o, bu sözləri KTMT-nin Moskvada keçirilən sammitində deyib.
"Bizim Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi üzrə tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti genişləndirməyimiz lazımdır. Yeri gəlmişkən, fikrimizcə, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsu uyğun olardı. Biz bu məsələni müzakirə etməliyik", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31