“McDonald's” Rusiyanı tərk edir
16 May 2022 14:59 DünyaABŞ-ın "McDonaldchr("39")s" şirkəti Rusiyada olan biznesini satmağa başlayıb.
Bununla bağlı şirkət bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, şirkət Rusiyada 30 ildən artıq fəaliyyət göstərdikdən sonra bu ölkədəki bütün aktivlərini satacaq.
Xatırladaq ki, "McDonalds" Ukraynadakı müharibəyə etiraz edərək martdan Rusiyada fəaliyyətini dayandırmışdı. Lakin bununla belə, "fast-food" restoranlar şəbəkəsi işçilərinə əmək haqqını verməyə davam edirdi.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31