Ukrayna Rusiya ordusunun itkilərini açıqladı: 27.700 əsgər
16 May 2022 14:45 DünyaOlaylar.az Ukrayna Baş Qərargahınına istinadən xəbər verir ki, Ukrayna Rusiya ordusunun 27 min 700 əsgər, 200 təyyarə, 165 helikopter və 1228 tank itirdiyini açıqlayıb.
Rusiya ordusu həmçinin, ümumilikdə 2 min 974 zirehli texnika, 577 artilleriya, 195 reaktiv yaylım atəşi sistemi və 89 hava hücumundan müdafiə sisteminin məhv edildiyini, 2101 avtomobil, 13 gəmi, yüngül sürətli qayıq və 427 pilotsuz uçuş aparatını itirdiyi, ruslar tərəfindən atılan 97 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31