Timsahla mübarizə aparan kişi həyatını çətinliklə xilas edib
16 May 2022 13:36 DünyaOlaylar.az xəbər verir ki, Avstraliyada üzmək üçün girdiyi suda timsahın hücumuna məruz qalan şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Avstraliyanın Kvinslend ştatında 40 yaşlarında olan kişi üzmək üçün şəlalənin yaxınlığında suya girib.
Burada timsahın hücumuna məruz qalan şəxs qolundan və ayağından xəsarət alıb.
Hadisədən sonra çağırılan xilasetmə helikopteri timsahla döyüşdüyünü bildirən yaralını xəstəxanaya çatdırıb.
"Sözügedən şəxs bizə timsahın 2-3 metr uzunluğunda olduğunu söylədi. Onun sağ qalmaqda bəxti gətirib", - xilasetmə qrupundan Qreq Allan deyib.
Kvinslend Təcili Yardım Xidmətindən bir səlahiyyətli, bölgədə şirin su timsahlarının ciddi bir populyasiyasının olduğuna diqqət çəkdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31