Lukaşenko Moskvaya işgüzar səfərə getdi

Olaylar.az xəbər verir ki,  Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammitində iştirak edəcəyi və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağı Moskvaya işgüzar səfərə yola düşüb. 

Bu barədə BELTA agentliyi məlumat yayıb .

Bundan əvvəl Belarus prezidentinin mətbuat xidməti məlumat vermişdi ki, KTMT ölkələrinin liderləri regionda və dünyada mövcud vəziyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaq, yaranan müxtəlif çağırış və təhdidlərə birgə cavab tədbirləri müzakirə edəcəklər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31