Somalinin yeni prezidenti seçildi
16 May 2022 11:24 DünyaSomali parlamenti Həsən Şeyx Mahmudu ölkənin yeni prezidenti seçib.
Bu barədə "Somali Guardian" portalı səsvermənin ilkin nəticələrinə istinadən məlumat yayıb.
Mayın 15-də Somalinin paytaxtında prezident seçkilərinin keçirildiyi hava limanında anqar minaatanlardan atəşə tutulub. Atışma səsvermənin birinci turu başa çatdıqdan dərhal sonra və bülletenlərin hesablanmasından əvvəl baş verib.
2012-2017 illərdə Somalinin prezidenti olmuş Həsən Şeyx Mahmud 2011-ci ildə "İslam demokratiyası" mövqelərinə sadiq qalan Sülh və İnkişaf Partiyasını yaradıb və ona rəhbərlik edib.
O, 2012-ci il sentyabrın 10-da parlamentin iclasında prezident seçilib.
Həsən Şeyx Mahmud 4 il müddətinə Somalinin prezidenti olacaq.
gundem.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31