ABŞ-ın Texas ştatında silahlı atışmada 2 nəfər ölüb

ABŞ-ın Texas ştatının Hyuston şəhərində bazarda baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə Harris əyalətinin şerifi Ed Qonzales bildirib.

Onun sözlərinə görə, silahlı insident iki qrup arasında baş verib. Atışma zamanı yalnız münaqişə iştirakçıları xəsarət alıblar.

Hadisə yerindən iki tapança götürülüb.

fox news

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31