Peruda avtobus dərəyə aşıb, çox sayda ölən var

Perunun Ankaş departamentində sərnişin avtobusu dərəyə aşıb.

Tayabamba şəhərindən ölkənin paytaxtı Lima şəhəri istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, nəqliyyat vasitəsi təxminən 100 metr hündürlükdən dərəyə aşıb. Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31