Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda 4.5 bal gücündə zəlzələ baş verib.

Olaylar.az yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri Kvemo Kartli bölgəsində, Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31