Qurğuşun ixracına lisenziya tətbiq edilib

Rusiya hökuməti qurğuşun ixracına lisenziya tətbiq edib.

Olaylar.az APA-ya istinadən bildirir ki, müvafiq qərar Rusiya hökumətinin rəsmi portalında dərc olunub.

Qərar görə, mayın 15-dən noyabrın 15-dək federasiya ərazisindən emal edilməmiş qurğuşun, həmçinin onun qırıntılarını yalnız xüsusi razılıq əsasında çıxarmaq mümkündür.

Müvafiq ixrac lisenziyasını Sənaye və Ticarət Nazirliyi verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31