Rusiyayönlü partiyaların fəaliyyəti qadağan edildi
14 May 2022 22:11 DünyaUkraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan olunub.
Olaylar.az "report"-a istinadən bildirir ki, bununla bağlı qanunu Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb. Ali Rada sənədi mayın 3-də qəbul edib.
Ukraynanın bəzi qanunvericilik aktlarına siyasi partiyaların qadağası ilə bağlı dəyişikliklər edilməsi haqqında qanun mayın 6-da imzalanmaq üçün Zelenskiyə göndərilib. Bu gün, mayın 14-də sənəd dövlət başçısının imzası ilə Radaya qaytarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31