"Uçot dərəcəsini artırıla bilər" - Avropa Mərkəzi Bankı
14 May 2022 20:58 DünyaAvropa Mərkəzi Bankı (AMB) iyulda uçot dərəcəsini artıra bilər.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu bankın rəhbəri Kristin Laqard bildirib.
Bank bu məqsədlə iyunun 9-da Amsterdamda, 21-də isə Frankfurtda iclas keçirəcək. Laqard uçot dərəcəsinin artımının müvəqqəti olacağını və məqsədin inflyasiyanın qarşısnı almaq olduğunu deyib.
Avrostatın statistikasına görə, apreldə avrozonada inflyasiya rekord həddə 7,5% olub. Halbuki AMB-nin müəyyən etdiyi hədd maksimum 2%-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31