Lukaşenko Polşadakı səfirini geri çağırdı
14 May 2022 18:49 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Polşadakı səfiri Vladimir Çuşyevi tutduğu vəzifədən azad edib.
Olaylar.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
"Belarus Konstitusiyasının 84-cü maddəsinin 20-ci bəndinə uyğun olaraq, Çuşyev Vladimir Nikolayeviç Belarus Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - fərmanda bildirilir.
Qeyd edək ki, 2021-ci ilin iyunundan Avropa İttifaqı Belarusa qarşı iqtisadi sektoral sanksiyalar tətbiq edib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31