BƏƏ-nin yeni prezidenti seçildi

Bu gün BƏƏ-nin Federal Ali Şurası toplanaraq yeni dövlət başçısını seçdiyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, qərara əsasən, vəliəhd şahzadə Məhəmməd bin Zayed ən-Nəhyan BƏƏ-nin yeni prezidenti seçilib.

Qeyd edək ki, BƏƏ-nin mərhum prezidenti Şeyx Xəlifə bin Zayed ən-Nəhyan ötən gün 73 yaşında vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31