“Cənubi Osetiya”nın Rusiyaya birləşməsinə dair referendum keçiriləcək
13 May 2022 23:21 Dünyaİyulun 17-də "Cənubi Osetiya"nın Rusiyaya birləşməsinə dair referendum keçirilməlidir.
Olaylar.az bildirir ki, TASS-ın məlumatına görə, hazırkı prezident Anatoli Bibilov bununla bağlı referendum təyin edib.
Müvafiq fərman "Cənubi Osetiya" rəhbərinin saytında dərc olunub.
Bibilovun administrasiyası izah edib ki, "Cənubi Osetiya" Ali Məhkəməsi artıq referendumla bağlı sənədlər paketinə baxıb və müsbət nəticə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31